Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyunun 7-si saat 18:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Daşkəsən Göygöl, Balakən, Qrızda duman müşahidə olunub.
Saat 17:00 radələrində Zərdab rayonu ərazisindən axan Qarasu çayından sel keçib.