Bulvarda Zəfər Günü münasibəti ilə konsert olacaq
25 oktyabr 2025 09:48 (UTC +04:00)

Bulvarda Zəfər Günü münasibəti ilə konsert olacaq

0

Noyabrın 8-də Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq.

Lent.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivləri çıxış edəcək. Konsertin sonunda atəşfəşanlıq olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar