Buraxılış imtahanlarının vaxtı  AÇIQLANDI
15 mart 2021 11:19 (UTC +04:00)

Buraxılış imtahanlarının vaxtı AÇIQLANDI

Dövlət İmtahan Mərkəzindən 2021-ci ildə keçiriləcək imtahanların siyahısı haqqında yanvar ayının sonlarında verilən məlumatda fevral və mart aylarında keçiriləcək imtahanların qrafiki, aprel-sentyabrda keçirilməsi nəzərdə tutulan imtahanların isə aylar üzrə ardıcıllığı müəyyən olunmuşdu.

DİM-dən Lent.az-a verilən məlumata görə, müvafiq qurumlar tərəfindən sanitar-epidemioloji vəziyyətin kütləvi imtahanların keçirilməsi üçün əlverişli hesab olunacağı təqdirdə Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayı ərzində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur. İmtahan tarixləri və onların şəhər-rayonlar üzrə bölgüsü aşağıdakı cədvəldə verilib.

Qeyd edək ki, bütün imtahanlar yenə də Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyətin qoyulması və qərargahın müəyyən elədiyi digər şərtlərin yerinə yetirilməsi ilə təşkil olunacaq.

Kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə ötən il olduğu kimi, bu il də imtahanlar ölkə üzrə müxtəlif şəhər və rayonlara bölünməklə 3 həftə ərzində (hər həftədə 2 gün) keçiriləcək.

Buraxılış imtahanlarından əlavə, aprel ayının 2-də GRE, 3-də notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı, 11-də isə inzibati icraçı vəzifələr (B növ) üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.  

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının I mərhələsinin vaxtı barədə mart ayının sonlarında məlumat veriləcək.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilmə qrafiki (cari ilin məzunları)

- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

- Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3284

Oxşar yazılar

Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı

Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı

3 may 2025 , 15:16
Sabah 27 marşrutun  hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

3 may 2025 , 14:21
Sabah leysan və sulu qar  yağacaq - PROQNOZ

Sabah leysan və sulu qar yağacaq - PROQNOZ

3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək  davam edəcək?

Soyuq havalar nə vaxtadək davam edəcək?

3 may 2025 , 10:42
Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

3 may 2025 , 09:55
Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

3 may 2025 , 09:35
Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək  – SƏBƏB

Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək – SƏBƏB

3 may 2025 , 09:09
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 may 2025 , 19:59