Cavanşir körpüsü tarixə QOVUŞDU:  SƏBƏB - VİDEO
21 may 2024 14:21 (UTC +04:00)

Cavanşir körpüsü tarixə QOVUŞDU: SƏBƏB - VİDEO

Cavanşir yolötürücüsünün söküntüsü işləri davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, söküntü işlərinin tərtib olunmuş qrafikə uyğun yerinə yetirilməsi və yeni yol infrastrukturunun yaradılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

İşlər “İnşaat Norma və Qaydaları”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib.

Artıq sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsini, həmçinin Cavanşir yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyini nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7029
avatar

Oxşar yazılar