Abşeron çimərliklərində avqustun 9-a gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə sabah Abşeron çimərliklərdə 27-29 dərəcə isti olacaq.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° , cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.