Koronavirus statistikası:  2597 nəfər yoluxdu,  1354 nəfər sağaldı,  23 nəfər öldü
19 noyabr 2020 15:04 (UTC +04:00)

Koronavirus statistikası: 2597 nəfər yoluxdu, 1354 nəfər sağaldı, 23 nəfər öldü

0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 597 yeni yoluxma faktı qeydə alınıb, 1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstə sayı 23 476 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2217

Oxşar yazılar