Koronavirus statistikası: 2187 yoluxma, 634 sağalma, 29 ölüm
23 noyabr 2020 16:33 (UTC +04:00)

Koronavirus statistikası: 2187 yoluxma, 634 sağalma, 29 ölüm

0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 92281 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 64475 nəfər müalicə olunaraq sağalıb, 1160 nəfər vəfat edib, aktiv xəstə sayı 29646 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1946

Oxşar yazılar