Ən  gec qocalan   xalqlar - SİYAHI
18 sentyabr 2023 15:12 (UTC +04:00)

Ən gec qocalan xalqlar - SİYAHI

Dünyanın bütün xalqları arasında yaponlar ən yavaş qocalanlar sırasındadır.

Lent.az xəbər verir ki, bunu aparılan araşdırmanın nəticələri sübut edib.

Qeyd olunur ki, yapon xalqının nümayəndələri arasında qocalmanın ilk əlamətləri orta hesabla 76 yaşında görünür. Yaşlanma əlamətləri haqqında danışarkən elm adamları ən çox bunları - ürək-damar sisteminin 13 xəstəliyi, Parkinson xəstəliyi, eşitmə itkisi, katarakt, Alzheimer xəstəliyi və yıxılma nəticəsində yaranan xəsarətlər.i nəzərdə tuturlar

Yaponlardan sonra İsveçrə, Fransa, Sinqapur və Küveyt sakinləri gəlir. Alimlər müəyyən ediblər ki, yuxarıda qeyd olunan qocalıq xəstəliklərinin fizioloji qocalmanı göstərən əlamətləri orta hesabla 75 yaşdan sonra görünməyə başlayır.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, qocalma qadınlardan fərqli olaraq kişilərdə nisbətən daha tez görünür: zərif cinsin nümayəndələri orta hesabla daha yavaş yaşlanır və onların beyinləri kişilərə nisbətən daha uzun müddət aktiv qalır.

Ümumilikdə, tədqiqatçılar bildirirlər ki, 1990-cı ildən bəri dünyada yaşla bağlı xəstəliklərdən ölüm halları azalıb. Bu gün intensiv qocalmanın başlanması üçün qlobal orta hədd 65 yaşdır.

# 3570
avatar

Fidan İlqar

Oxşar yazılar