Ənənəvi “Onlar bizə əmanətdir” layihəsi həyata keçirildi
09 yanvar 2023 11:26 (UTC +04:00)

Ənənəvi “Onlar bizə əmanətdir” layihəsi həyata keçirildi

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu PAŞA Holding-in dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid övladları üçün ənənəvi “Onlar bizə əmanətdir” layihəsini həyata keçirdi.

Layihə çərçivəsində Qarabağ müharibəsi zamanı yaxınını itirən, 16 yaşadək olan 1685 nəfər şəhid övladına bayram hədiyyələri Azərpoçt vasitəsilə təqdim edilib. Paytaxt Bakı ilə yanaşı ölkənin regionlarını da əhatə edən layihədə fondun könüllüləri iştirak edib, siyahıların hazırlanmasında isə yerli icra hakimiyyəti orqanları dəstək olub.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

 

# 1389
avatar

Oxşar yazılar