Arıçılıq məhsulları vitamin və qida maddələri ilə zəngin olsa da, bazarda saxta bal hallarına tez-tez rast gəlinir. Əgər pətək sahibi deyilsinizsə, balın təbii olub-olmadığını müəyyənləşdirməyi bilməlisiniz.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssis-arçı Aleksey Melniçenko balın ən çox necə saxtalaşdırıldığını, təbii balın görünüş və qoxu xüsusiyyətlərini və niyə kristallaşmanın keyfiyyət əlaməti olduğunu izah edib.
Balı ən çox necə saxtalaşdırırlar?
Arıçıların bəzən bala müəyyən əlavələr etdiyini Melniçenko təsdiqləyir. Onlardan bəziləri arıların yemlənməsi üçün istifadə olunan şəkər zərərli sayılmasa da, məhsulun təbiliyini azaldır. Şəkər qatılmış bal çox vaxt mayeni xatırladır və heç qalınlaşmır.
“Şəkərin zərəri yoxdur, amma faydası da yoxdur. Təbii bal bahalıdır, çünki onun əldə olunması həm zaman tələb edir, həm də təbii şəraitdən asılıdır. Əgər qiymət həddindən artıq ucuzdursa, deməli, bala şəkər siropu, şəkər tullantıları və ya digər ucuzlaşdırıcılar əlavə edilib”, - mütəxəssis bildirir.
Bəzən məhsula qarğıdalı siropu, digər şərbətlər və ya patoka da qatılır. Bu halda balın mineral tərkibi azalır və qida dəyəri aşağı düşür.
Təbii bal necə görünməlidir və qalın olmalıdırmı?
Mütəxəssisə görə, təbii balın əsasını fruktoza və qlükoza təşkil edir, tərkibində 17–18 faiz nəm olur və faydalı mikroelementlərlə zəngindir.
Əgər bal saxta deyilsə, qalın olmalıdı, şərbəkləşmiş kimi çox maye olmamalıdır. Yüngül, şərbətə bənzər maye bal çox vaxt saxtalaşdırma əlamətidir.
Balın təbiliyini müəyyənləşdirməyin digər üsulu isə onun qoxusuna diqqət etməkdir. Hər sortun özünəməxsus təbii ətri olur. Saxta bal isə ya qoxusuz olur, ya da sadəcə şəkər şərbətinə bənzəyən süni qoxu verir.
Bal niyə kristallaşır?
Melniçenko izah edir ki, balın kristallaşması təbii prosesdir və onun keyfiyyət göstəricisidir.
Kristallaşmaya təsir edən əsas amillər:
1. Balın mənşəyi
Məsələn, kələm balı 1 həftəyə kristallaşır, günəbaxan balı təxminən 1 aya bərkiyir. Çiçək balı daha gec kristallaşır.
Akasiyalı bal uzun müddət maye qalır, çünki fruktoza çox, qlükoza azdır. Bu səbəbdən akasiya balı hətta diabet xəstələrinə məsləhət görülə bilir, qan şəkərini kəskin artırmır.
2. Nəmlik dərəcəsi
Bal vaxtından əvvəl yığılıbsa, maye qalır və bu, təbii keyfiyyətinin aşağı olması deməkdir.
Mütəxəssis vurğulayır: “Saxta balın çox vaxt kristallaşmaması onun süni olduğunu göstərir. Kristallaşma təbii balın əsas əlamətlərindən biridir”.
Ev şəraitində balı necə yoxlamaq olar?
1. Su testi
Bir damcı balı suya salın. Təbii bal dibə çökür və dərhal həll olmur. Saxta bal suya dəyən kimi dərhal həll olmağa başlayır.
2. İsti su testi
Balı ilıq suya əlavə edin. Təbii bal təbii aroma yayır. Saxta bal isə heç bir qoxu vermir.
3. Karamelləşmə testi
Saxta bal qızdırıldıqda tez karamelləşir.
4. “Səth testi”
Balı boşqabın üstünə qoyun, üstünə soyuq su tökün və yüngülcə çalxalayın. Təbii bal arı şanına bənzər naxışlar yaradır. Saxta bal isə belə struktura malik olmur.
5. “Dəri testi”
Bir damcı balı dəriyə damcıladın və ovuşdurun. Təbii bal krem-konsistensiyalıdır, tez hopur. Saxta bal isə su kimi yayılır və dəridə yapışqan hiss yaradır.