"Ev yiyəsi olmasa belə qaz sayğacı dəyişdirilə bilər" - Şöbə rəisi
18 mart 2022 14:46 (UTC +04:00)

"Ev yiyəsi olmasa belə qaz sayğacı dəyişdirilə bilər" - Şöbə rəisi

"Qaz sayğacları vətəndaş evdə olmayan zaman dəyişidirilə bilər". 

Lent.az xəbər verir ki, bunu "Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Rövşən Məhiyəddinov deyib. 

O bildirib ki, qaz sayğacları 5 il müddətində istifadə olunmalıdır:

"Qaz sayğacları 5 il istifadədən sonra yoxlama məntəqəsinə qaytarılmalıdır. "Azəriqaz"ın əməkdaşları mümkün qədər çalışır ki, sayğacın çıxarılmasında vətəndaş da iştirak etsin. Bundan başqa, vaxt bitdikdə insanlara SMS bildirişlər göndəririk. Ola bilər ki, vətəndaş nömrəsini dəyişib və ona SMS getməyib. Maksimum çalışılır ki, vətəndaşlara xəbər edilsin".

# 1896
avatar

Oxşar yazılar