Evdə koronavirusdan özünü müalicə ilə bağlı ağırlaşma halları çoxdur - TƏBİB
15 dekabr 2020 16:06 (UTC +04:00)

Evdə koronavirusdan özünü müalicə ilə bağlı ağırlaşma halları çoxdur - TƏBİB

0

“KİV nümayəndələrinə müraciət edirik ki, neqativ hallarla qarşılaşanda bizim qurumlarla əlaqə saxlasınlar”.

APA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, evdə koronavirusdan özünü müalicə ilə əlaqədar ağırlaşma halları çoxdur: “Ümumilikdə bu prosesi idarə edə bilirik. Həmkarlarımız bu gün mübarizə aparmaqdadır. Paralel olaraq digər xəstəliklər qalmaqdadır. Qazilərimizin də müalicəsi xəstəxanalarda davam etdirilir. Buna görə də hər birimiz özümüzü qorumalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1445

Oxşar yazılar