Fazil Mustafa
04 aprel 2023 18:01 (UTC +04:00)

Fazil Mustafa

"Fazil Mustafanın özü də, ailəsi də qorunur" - QARDAŞI DANIŞDI

0

“Ola bilər ki, Fazil Mustafa 10 gündən sonra evə buraxılsın”.

Bu sözləri Lent.az-a açıqlamasında Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib. 

O bildirib ki, Fazil Mustafanın evə buraxılması həkimlərin qərarından asılıdır:  

“Fazil bəyin durumu yaxşıdır. Müalicəsi davam etdirilir. Ola bilər ki, yaxın 10 gün ərzində evə buraxılsın”. 

İlqar Mustafayev həmçinin qeyd edib ki, Fazil Mustafanın evi hələ də polis əməkdaşları tərəfindən qorunur:

“Fazil Mustafanın evi də, ailəsi də, özü də polisin nəzarətindədir. Belə ki, evin önündə və xəstəxananın həyətində polis əməkdaşları dayanır”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2743

Oxşar yazılar