Fərid Şahbazlı:  “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 17:30 (UTC +04:00)

Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”

“Bir neçə gün sonra Azərbaycan Milli Mətbuatı 150 illik şərəfli və zəngin bir yolu arxada qoyur. 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə başlayan bu yol, sadəcə bir mətbuat tarixçəsi deyil, xalqın maariflənməsi, milli özünüdərk və ictimai düşüncənin formalaşması prosesidir. “Əkinçi” ilə başlanan bu oyanış sonralar “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad” kimi nəşrlərlə davam etdirildi və mətbuat xalqın vicdan səsi, haqq tribunası rolunu üzərinə götürdü”.

Lent.az xəbər verir ki, bu fikirləri Editor.az İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Sovet senzurasının sərt şəraitində belə Azərbaycan jurnalistikası milli dəyərləri yaşatmağa, cəmiyyətə işıq tutmağa davam edib. Müstəqillik illərində isə milli mətbuat azadlığın və məsuliyyətin yeni mərhələsinə qədəm qoydu. Bu gün media təkcə xəbər verən vasitə deyil, informasiya savaşında milli maraqları qoruyan, cəmiyyətin inkişafına töhfə verən mühüm institutdur: “Qlobal informasiya müharibələrinin getdikcə dərinləşdiyi bir dövrdə Azərbaycan jurnalistləri də öz peşə borclarını müasir çağırışlara uyğun şəkildə yerinə yetirirlər. Onlar dezinformasiyalara qarşı həqiqəti axtaran, ictimai rəyə ədalətli yön verən və etibarlı informasiya mənbəyi kimi çıxış edirlər. Bu prosesdə jurnalistlər cəmiyyətin təhlükəsizlik dayaqlarından birinə çevriliblər”.

Fərid Şahbazlı bildirib ki, Azərbaycan jurnalistləri üçün vətənə sədaqət, xalqın mənafeyinə xidmət və obyektivlik əsas prinsiplər olaraq qalır: ‘Media təmsilçiləri öz peşələrini sadəcə bir iş kimi deyil, həm də bir vicdan missiyası kimi qəbul edirlər. 44 günlük Vətən müharibəsi bunu bir daha sübut etdi ki, jurnalistlər təkcə informasiya daşıyıcısı deyil, Vətənin əsgərləri oldular. Onların informasiya cəbhəsində göstərdiyi fədakarlıq və qətiyyət gələcək nəsil media nümayəndələri üçün nümunəvi örnəyə çevrildi”.

Baş redaktor qeyd edib ki, bu gün dövlət və media münasibətləri qarşılıqlı etimad və milli məsuliyyət üzərində qurulub: “Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, peşəkarlığın artırılması, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi bu sahənin davamlı inkişafını təmin edir. Lakin əsas güc – jurnalistlərin ictimai məsuliyyətində və peşəsinə olan bağlılığındadır.

Azərbaycan mətbuatı bu gün artıq yalnız keçmişin deyil, həm də gələcəyin güzgüsüdür. 150 illik yubiley medianın keçmişinə ehtiram olmaqla yanaşı, informasiya cəmiyyətində daha güclü, müstəqil və milli dəyərlərə bağlı mətbuat üçün yeni mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin milli mətbuatın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncam bu sahəyə verilən yüksək dəyərin və etimadın göstəricisidir. Sərəncamda media nümayəndələrinin təltif olunması, geniş tədbirlər planının həyata keçirilməsi və jurnalist fəaliyyətinə dəstək mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu da bir daha sübut edir ki, media ölkədə dövlətçilik prinsiplərinin qorunmasında strateji önəm daşıyan sahə kimi dəyərləndirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar

“Naxçıvan” hoteli sökülür

“Naxçıvan” hoteli sökülür

18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ

Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ

18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı  alacaqlar

Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar

18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti  açılır - Gedişhaqqı nə qədərdir?

Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?

18 iyul 2025 , 17:39
Dəhşətli istilər  bu tarixədək   davam edəcək

Dəhşətli istilər bu tarixədək davam edəcək

18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

18 iyul 2025 , 15:48
Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu  - VİDEO

Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu - VİDEO

18 iyul 2025 , 15:43
Baş prokuror Zaqatalaya getdi

Baş prokuror Zaqatalaya getdi

18 iyul 2025 , 15:34