Güclü külək, intensiv qar - Bayram günlərinin  HAVA PROQNOZU
18 mart 2022 16:06 (UTC +04:00)

Güclü külək, intensiv qar - Bayram günlərinin HAVA PROQNOZU

1

 

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,

Bakıda və Abşeron yarımadasında

martın 20-dən 23-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 20-si
axşam, 21-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək
güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi,
arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman
olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək
güclənəcək.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 9440

Oxşar yazılar