Hansı ölkələrdə daha çox  spirtli içki   içilir - SİYAHI
19 noyabr 2023 10:40 (UTC +04:00)

Hansı ölkələrdə daha çox spirtli içki içilir - SİYAHI

Bu yaxınlarda aparılan bir araşdırma alkoqol istehlakının ən çox olduğu ilk 5 ölkəni müəyyənləşdirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) apardığı iri tədqiqatın nəticələrindən məlum olub.

Spirtli içkilərə olan maraqda Danimarka liderdir, ondan sonra Rumıniya, Böyük Britaniya, Lüksemburq və Almaniya gəlir. Bu ölkələr böyüklərin 30 faizdən çoxunun ayda ən azı bir dəfə "ağır dozada" spirt içdiyini etiraf etməsi ilə fərqlənir.
 
Tədqiqatda qeyd edilir ki, sorğunun keçirildiyi 29 ölkədə orta hesabla hər beş böyüklərdən biri (19 faiz) ayda ən azı bir dəfə spirtli içki qəbul etdiyini etiraf edib. O da qeyd olunub ki, ən az spirtli içki qəbul edənlər Türkiyə kimi müsəlman ölkələrinin sakinləri arasında aşkar edilib ki, burada əhalinin cəmi 3 faizi belə vərdişlərə yol verib.

Alimlər qeyd ediblər ki, 2011-2021-ci illər arasında alkoqol istehlakı 23 ölkədə azalıb və ən böyük azalma Litva və İrlandiyada qeydə alınıb. Eyni zamanda, alkoqol istehlakı kateqoriyasında ən böyük artım Latviya, Meksika və Norveçdə qeydə alınıb.
 
Araşdırma nəticələrinə görə, kişilər qadınlara nisbətən daha çox spirtli içki qəbul edirlər: kişilərin 26 faizi “ağır doza” qəbul etdiyini etiraf edib, qadınlarda isə bu göstərici dünya üzrə 12 faiz olub.
 
Adambaşına orta spirt istehlakı ilə bağlı vəziyyətin də öz xüsusiyyətləri var. Liderlər Latviya, Litva, Çexiya, Bolqarıstan və Estoniyadır ki, burada adambaşına ildə orta hesabla təmiz spirt istehlakı 11-12 litr təşkil edir.
 
Bununla belə, bu tip statistika istehlak edilən alkoqolun ümumi həcmini artıran, lakin yekun hesablamalara daxil edilməyən turistlər tərəfindən potensial olaraq təhrif olunduğu üçün tənqid edilib.

Sağlamlığı qorumaq və xəstəliklərin qarşısını almaq üçün Ümumdünya Səhiyyə Təşkilatının alkoqol istehlakının səviyyəsi ilə bağlı tövsiyələrinə ciddi riayət edilməsi aktual məsələ olaraq qalır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10233
avatar

Oxşar yazılar