Havanın kəskin dəyişəcəyi ilə bağlı NÖVBƏTİ XƏBƏRDARLIQ
15 noyabr 2021 15:23 (UTC +04:00)

Havanın kəskin dəyişəcəyi ilə bağlı NÖVBƏTİ XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi havaların kəskin dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən Lent.az-a verilən məlumatda  bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i axşam saatlarından başlayaraq noyabrın 16-sı gün ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişərək qeyri-sabit və yağıntılı keçəcəyi, xüsusilə güclü külək əsəcəyi proqnozlaşdırılır:

"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Xüsusilə, bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9495

Oxşar yazılar

Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı

Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı

3 may 2025 , 15:16
Sabah 27 marşrutun  hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

3 may 2025 , 14:21
Sabah leysan və sulu qar  yağacaq - PROQNOZ

Sabah leysan və sulu qar yağacaq - PROQNOZ

3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək  davam edəcək?

Soyuq havalar nə vaxtadək davam edəcək?

3 may 2025 , 10:42
Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

3 may 2025 , 09:55
Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

3 may 2025 , 09:35
Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək  – SƏBƏB

Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək – SƏBƏB

3 may 2025 , 09:09
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 may 2025 , 19:59