"Həmin qız dedi ki..."  - Məktəb direktoru DANIŞDI
20 fevral 2024 12:18 (UTC +04:00)

"Həmin qız dedi ki..." - Məktəb direktoru DANIŞDI

Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb.

Lent.az xəbər verir ki, həmin hadisə ilə bağlı qızlardan birinin oxuduğu məktəbin direktoru Gülər İsmayılova açıqlama verib.

Direktor açıqlamasında hadisənin yanvarın 17-si məktəbdən kənar vaxtda baş verdiyini deyib:

"Yayılan videogörüntülərdə əks olunan hadisə yanvarın 17-si təqribən günorta saat 3-dən sonra baş verib. Oradakı qızlardan yalnız biri bizim məktəbin 11-ci sinif şagirdidir. Videonu çəkən və başına hadisə gələn qız onun qonşusudur. Hadisəni törədən qızın indiyə qədər məktəbdə heç bir psixoloji durumunu qeydə almamışıq. Sinif və ya məktəbin digər şagirdlərinə qarşı heç bir yanlış hərəkəti olmayıb".

Direktor qeyd edib ki, hadisədən fevralın 14-ü xəbər tutub:

"Fevralın 14-ü xəbərdar oldum. Məlumatı bildikdən sonra valideyni və şagirdi məktəbə dəvət etdik. Şagirdlə psixoloji söhbət apardıq. Həmin qız bildirdi ki, bu addımı zarafat məqsədi ilə edib. Çox peşman olduğunu deyib". 

# 6363
avatar

Fidan İlqar

Oxşar yazılar

II və III qruplara imtahan keçirilir

II və III qruplara imtahan keçirilir

26 may 2024 , 06:47
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17
Sabah Bakıda şimşək çaxacaq,  yağış yağacaq - PROQNOZ

Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

25 may 2024 , 12:59
Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

25 may 2024 , 11:51
Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

25 may 2024 , 09:56
Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45
General zorakılığa məruz qalan uşaqlardan  DANIŞDI

General zorakılığa məruz qalan uşaqlardan DANIŞDI

24 may 2024 , 16:05