İlqar Abbasov Saleh Səmədova medal veribmiş
27 oktyabr 2025 16:12 (UTC +04:00)

İlqar Abbasov Saleh Səmədova medal veribmiş

0

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilən general-mayor İlqar Abbasovla bağlı maraqlı fakt üzə çıxıb.

Lent.az xəbər verir ki, 2022-ci ilin iyulunda sözügedən vəzifəyə təyin olunmuş İ.Abbasovun İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədova medal təqdim etdiyi məlum olub.

Belə ki, İ.Abbasov 2023-cü ildə baş tutan görüşdə S.Səmədova qurumun yaradılmasının 30 illiyinə həsr edilmiş medalı və medalın sənədini təqdim edib. 

İlqar Abbasovla Saleh Səmədovun yaxınlığı medalla yekunlaşmır. Belə ki, bir müddət əvvəl S.Səmədovun oğullarından biri - Mehralı Səmədov də bu qurumda məsul vəzifəyə təyin edilibmiş.

Qeyd edək ki, ötən həftə rəis vəzifədən kənarlaşdırılan İlqar Abbasov əvvəllər Bakı şəhərinin prokuroru olub. S.Səmədov 9 Mayda keçirilən tədbirdə rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb və 5 ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Onun oğulları da tutduqları vəzifələrdən kənarlaşdırılıblar./qafqazinfo.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar