İrandan gətirilən 2 ton sarıkök zay çıxdı
03 oktyabr 2025 15:50 (UTC +04:00)

İrandan gətirilən 2 ton sarıkök zay çıxdı

0

İdxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb.

Lent.az-a AQTA-dan bildirilib ki, nəzarət tədbirləri çərçivəsində agentliyin əməkdaşları tərəfindən fiziki şəxs Cümşüd Vəliyevin İran İslam Respublikasından idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar