İstidə necə yuxuya getmək olar? - Effektiv məsləhətlər
23 iyun 2025 13:58 (UTC +04:00)

İstidə necə yuxuya getmək olar? - Effektiv məsləhətlər

Termometr 30°C və daha yuxarı dərəcəni göstərdikdə, yuxuya getmək çətinləşə bilər. Orqanizmimiz sərin şəraitdə daha rahat yuxuya gedir, çünki yuxu zamanı bədən temperaturu təbii olaraq azalır. Lakin otaqda hava isti olduqda, bu proses pozulur və bədən istirahətə deyil, özünü soyutmağa enerji sərf edir.

Bu barədə Lent.az məlumat verir:

Otaqda sərinliyi qoruyun
Gecə rahat yatmaq üçün gün ərzində gün düşən pəncərələrin pərdələrini və şüşələrini qapalı saxlayın. Bu, otaqda istiliyin artmasının qarşısını alır. Axşamlar hava sərinləşərsə və yüngül külək əsərsə, pəncərələri açaraq təbii havalandırma yaradın. Hava hələ də istidirsə, ventilyator istifadə edin.

Yataq dəstinizi dəyişin
Yay aylarında pambıq və ya digər təbii materiallardan hazırlanmış yataq dəstinə üstünlük verin. Sintetik materiallar (məsələn, poliester) istiliyi saxlayır və tərləmisinizsə dərinizə yapışa bilər. Açıq rəngli yataq dəstləri daha yaxşı hava keçirir.

“100% pambıq və ya kətan yataq dəstini seçin. Kətan nəm olduqda daha da möhkəmlənir. Pambıqdan fərqli olaraq, o, nəmliyi udsa da, dəridə yaşlıq hissi yaratmır – bu da onu yay gecələri üçün ideal edir”.

Adi rejiminizi qoruyun
İstidə belə normal yatmaq və yemək rejiminizi qoruyun. Gündəliyin pozulması yuxusuzluğa səbəb ola bilər.

Su balansını qoruyun
Gün ərzində kifayət qədər su için – isti havalarda bu xüsusilə vacibdir. Susuzluq yuxuya getməni çətinləşdirə bilər.

Yatmazdan əvvəl soyuq duşa girməyin
Gündüz soyuq duş sərinlik versə də, gecə üçün uyğun deyil. Soyuq su yalnız dərini soyudur, bədəni isə yox. İlıq duş isə orqanizmin özünü daha səmərəli şəkildə soyutmasına səbəb olur. Həmçinin bileklərə və boyuna soyuq kompres qoymaq faydalıdır.

Axşam spirtli içkiləri azaldın
Yayda pikniklərdə və açıq havada vaxt keçirərkən spirtli içki içmək cazibədar olsa da, axşam saatlarında çox içmək yuxunun keyfiyyətini pisləşdirir. Alkoqolu az miqdarda və yatmazdan əvvəl deyil, daha erkən saatlarda qəbul etmək məsləhətdir.

Kofeini məhdudlaşdırın
Günün ikinci yarısında kofeinli içkilərdən uzaq durun – bu, bədəndən maye itkisini sürətləndirir və susuzluq yarada bilər. Bunun əvəzinə təzə meyvə şirələri əla alternativdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890

Oxşar yazılar

Milyonluq reklam gəlirləri, 90 minlik cərimə - Blogerlər nə qədər vergi verir?

Milyonluq reklam gəlirləri, 90 minlik cərimə - Blogerlər nə qədər vergi verir?

12 avqust 2025 , 15:31
Bu xəstəxanalara  yeni baş həkimlər təyin edildi

Bu xəstəxanalara yeni baş həkimlər təyin edildi

12 avqust 2025 , 15:05
Evi yoxdur, amma adına 1000 manata  yaxın su borcu var

Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

12 avqust 2025 , 14:07
125 min uşaq  birinci sinfə gedəcək

125 min uşaq birinci sinfə gedəcək

12 avqust 2025 , 13:49
2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

12 avqust 2025 , 13:46
Sabiq prokuror vəfat etdi

Sabiq prokuror vəfat etdi

12 avqust 2025 , 13:14
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

12 avqust 2025 , 12:39
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

12 avqust 2025 , 12:25