"İstinad etmək peşəkarlıqdır, kübarlıqdır" - Rəşad Məcid
29 mart 2023 14:11 (UTC +04:00)

"İstinad etmək peşəkarlıqdır, kübarlıqdır" - Rəşad Məcid

"Genişlənən informasiya məkanında, az qala, hər kəsin jurnalistikaya iddia etdiyi indiki dövrdə ən təəssüf doğuran məqamlardan biri də başqasının əməyini sahiblənmək, yazdıqlarını öz adına çıxıb istinadsız yaymaqdır. Son illər daha çox sosial mediada və yeni yaranan media subyektlərində müşahidə olunan bu tendensiyaya bəzən özünü peşəkar adlandıranların da “yaradıcılığında” rast gəlinir və təəssüf doğurur". 

Lent.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid öz feysbuk profilində paylaşımda bildirib.

O, belə xoşagəlməz nümunə ilə növbəti dəfə bu gün səhər üzləşdiyimizi deyib:

"Dünən terror aktına məruz qalmış millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlamasını bu gün səhər zəng edərək Haqqın.az saytının rəhbəri Eynulla Fətullayevə verib. Bır sıra media subyektləri kübarlıq və peşəkarlıq göstərib materialı istinadla yaydıqları halda, bir çox saytlar bu açıqlamanın, ümumiyyətlə, necə və haradan peyda olduğunu eyninə belə almadan ata malı kimi mənimsəyiblər. 

Heç bir peşəkar ölçülərə sığmayan bu addım jurnalistlərin etik davranış qaydalarına birmənalı olaraq ziddir. Hansısa informasiyanı, materialı istinadla vermək heç kimə əskiklik gətirmir, əksinə, bu peşəkar prinsiplərə əməl edən jurnalistin və media subyektinin özünə hörmət qazandırır. İstinad etmək peşəkarlıqdır, kübarlıq və mədəniyyət göstəricisidir.

Bütün həmkarlarımızı bir- birinin əməyinə hörmətlə yanaşmağa çağırırıq".

# 1554
avatar

Fidan İlqar

Oxşar yazılar