Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçilər Abbasov Rəfael Sultan oğlu, Əliyev Əliyar Fərrux oğlu, Bayramov Azər Zirəddin oğlu və Mehdiyev İlham İmdad oğlunun nəşinin qalıqları ailələrinə təhvil verilib.
Lent.az xəbər verir ki, bu gün şəhidlərlə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhidlərin nəşlərinin qalıqları Suraxanı rayonu, “Dədə Qorqud” Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Abbasov Rəfael 1975-ci ildə Amasiya rayonunun Mağaracıq kəndində, Əliyar Əliyev 1961-ci ildə Ağdam rayonunun Kolqışlaq kəndində, Azər Bayramov Bakı şəhəri Xətai rayonunda anadan olub və 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşüb. İlham Mehdiyev 1967-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olub, 26 fevral 1992-ci ildə Xocalı şəhəridə itkin düşüb.