Kakao beyin, ürək və damarlara birbaşa təsir edir? - CAVAB
18 may 2022 11:05 (UTC +04:00)

Kakao beyin, ürək və damarlara birbaşa təsir edir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında bu günün mövzusu kakao ilə bağlıdır. 

Kakao təbii bitki mənşəli içki olub, kakao paxlalarından hazırlanır. Cənubi Amerika və Afrikada bitən şokolad ağacının toxumudur.

Kakonun xeyirləri nələrdir?

Onun tərkibində olan teobromin ürək-damar, beyin qan dövranını yaxşılaşdırır.

Lent.az xəbər verir ki, çoxsaylı elmi tədqiqatlar kakaonun damarlara çox yaxşı təsir etdiyini sübut edib.Xüsusən orta yaş və yaşlı adamlarda. Damarların tonusunun yaxşı olması və arterial təzyiqi tənzimləmək üçün gündə 30-40 qram təmiz kakaodan içki düzəldib içmək lazımdır.

Kakao qanda xolesterini və yağları azaldır, damarların içini təmizləyir, hemoqlobin sintezinə təsir edir, trombositləri aktivləşdirir, qan laxtalanmasının qarşısını alır.

Bununla da kakao beynin də işinə müsbət təsir edir. Qocalıq demensiyasının qarşısını ala bilər.

# 3813
avatar

Oxşar yazılar