“Diqqətli olan, heç kimə kart məlumatlarını deməyən, bank kartının nömrəsi, CVV kodu, SMS OTP bölüşməyən hər kəs istənilən banka etibar edə bilər”.
Lent.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, belə olan halda təhlükə yoxdur:
“Bu çağırışlara etinasızlıq olduqda oğurluq qaçılmazdır. Necə ki dünən 3 fakt üzrə vətəndaşların 340, 100, 36 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Görünən odur ki, təbliğat fayda verir, onlayn maliyyə cinayətlərinin qarşısının alınmasında vətəndaş məsuliyyəti artmaqdadır. Vətəndaşlar kütləvi formada onlara daxil olan şübhəli zəngləri, mesajları bloklamaqla zərərdən özlərini qoruya bilirlər”.