Kişinin 3 övladının ikisi əmisioğlundan çıxdı - Filim kimi DRAM
20 oktyabr 2025 10:29 (UTC +04:00)

Kişinin 3 övladının ikisi əmisioğlundan çıxdı - Filim kimi DRAM

0

Antalyanın Kəpəz rayonunda yaşayan 43 yaşlı A.Hüseyn 16 illik evliliyini ötən il bitirdikdən sonra həyatını dəyişən bir iddia ilə üzləşib. Qonşusunun verdiyi məlumat əsasında aparılan DNA testi nəticəsində məlum olub ki, onun 3 övladından 2-si bioloji olaraq özünə deyil, əmisi oğlu M.K.-ya məxsusdur.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, A.Hüseyin  2007-ci ildə 35 yaşlı Ş.T. ilə evlənib və bu nikahdan iki qız, bir oğul dünyaya gəlib.

Cütlük 2023-cü ildə qarşılıqlı razılaşma ilə boşanıb. Boşanma sonrası qonşusunun zəng edərək keçmiş həyat yoldaşının əmisi oğlu ilə münasibətdə olduğunu bildirməsi ilə A. Hüseyn məhkəməyə müraciət edərək DNT     testi tələb edib.

Testin nəticəsinə görə, 16 yaşlı E.A.-nın bioloji atası A. Hüseyn  kimi təsdiqlənib, lakin 13 yaşlı H.A. və 10 yaşlı E.A. üçün atalığın rədd edildiyi bildirilərək, qərarı ilə ləğv edilib.

Bu qərarın ardından ana Ş.T. ərinin əmisi oğlu M.K.-yə qarşı atalığın müəyyən edilməsi üçün məhkəmədə iddia açıb. Lakin proses davam edərkən Ş.T. 2024-cü ilin avqust ayında dünyasını dəyişib. Onun müraciəti əsasında aparılan DNT testi nəticəsində M.K.-nin iki qızın bioloji atası olduğu 99.9 faiz dəqiqliklə təsdiqlənib.

Uşaqlar hazırda Antalyada nənə və babalarının himayəsində yaşayırlar. A. Hüseyn vəziyyətdən narahat olduğunu bildirərək deyib: “Uşaqların bioloji atası nəticəni qəbul etmir. Qızlar ortada qalıb. Nənə-baba yaşlı insanlardır, onlar da vəfat etdikdən sonra bu uşaqların taleyi necə olacaq? Aidiyyəti qurumları hərəkətə çağırıram.”

Maddi mübahisələr və yeni iddialar

A. Hüseyin həmçinin bildirib ki, DNT prosesi başladıqdan sonra uşaqların bioloji atasının adına olan ev və avtomobil kimi əmlaklarını həyat yoldaşı və oğluna keçirdib: “Məqsəd təzminatdan yayınmaqdır. Bu səbəblə tazminat iddiası qaldırdım və hüquqi mübarizəni davam etdirəcəyəm.”

Məhkəmə prosesi davam edir və növbəti dinləmənin 3 dekabrda keçiriləcəyi açıqlanıb. Eyni zamanda, ana vəfat etdiyinə görə uşaqlar üçün qəyyum təyin edilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 724

Oxşar yazılar