Laçının daha  52 sakini doğma yurda qayıtdı
29 avqust 2023 06:45 (UTC +04:00)

Laçının daha  52 sakini doğma yurda qayıtdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 

Lent.az xəbər verir ki, avqustun 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 52 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2617

Oxşar yazılar

9-cu sinfi bitirənlər üçün növbəti imtahan  keçirildi -YENİLƏNİB

9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirildi -YENİLƏNİB

11 may 2025 , 14:02
Magistraturaya qəbul imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı keçiriləcək

11 may 2025 , 09:18
"Yer yanan şara  çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ

"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ

10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq  DÖRD BÜRC

May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC

10 may 2025 , 18:40
Sabahdan güclü külək  əsəcək

Sabahdan güclü külək əsəcək

10 may 2025 , 16:45
Azərbaycanda hava KƏSKİN SOYUYACAQ  - XƏBƏRDARLIQ

Azərbaycanda hava KƏSKİN SOYUYACAQ - XƏBƏRDARLIQ

10 may 2025 , 14:07
Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi

Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi

10 may 2025 , 12:25
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

10 may 2025 , 12:23