Maqnit qasırğası   XƏBƏRDARLIĞI
27 fevral 2023 11:05 (UTC +04:00)

Maqnit qasırğası XƏBƏRDARLIĞI

Fevral 24-25-də Günəş səthində baş vermiş alışmalar hesabına yaranan Tac Kütlə Atılmasının (Coronal Mass Ejection – CME) fevralın 27-də Yerə çatacağı və onun təsirinin fevralın 28-dək davam edəcəyi proqnozlaşdırılır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Lent.az-a verilən məlumata görə, fevralın 24-də baş vermiş CME-nin təsirindən fevralın 27-də Yerdə geomaqnit sahə G2 (orta) qasırğa səviyyəsinə yüksələcək.

Fevralın 28-də bu təsirin saxlanacağı, martın 1-də isə geomaqnit sahənin qeyri stabil-aktiv səviyyədə olacağı, bəzi saatlarda G3 (güclü) səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır. 

Fevralın 27-si üçün Günəşdə alışmaların başvermə ehtimalı C sinif (Yerə təsir edə bilməyən) alışmalar üçün 99 faiz, M sinif (zəif və az təsirli olaraq radiodalğaların yayılmasını əngəlləyən) alışmalar üçün 65 faiz və X sinif (güclü) alışmalar üçün isə 15 faizdir.

Geomaqnit qasırğası risk qrupuna daxil olan xroniki xəstələr, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yarada bilər. Meteohəssas insanlara həkimlərin məsləhəti ilə profilaktik tədbirlər görmələri tövsiyə olunur.

# 1917
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00
Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39