Masallıda 1300 ev qazsız  qalacaq
01 dekabr 2025 13:45 (UTC +04:00)

Masallıda 1300 ev qazsız qalacaq

0

Dekabrın 3-də Masallı rayonu, Ərkivan qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Lent.az-a bildirilib ki, qəsəbədə yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olaraq, Ərkivan qəsəbəsinin bir hissəsi, həmçinin Həsnəküçə, Abaslı, Miyondi, Qızlaküçə, Pələnküçə və Bağlaküçə məhəllələrini əhatə edən ərazidə qaz təchizatının dayandırılması planlaşdırılır.

Təchizatın dayandırılması ümumilikdə 1 300-ə yaxın abonenti əhatə edəcək və saat 10:00-dan işlər yekunlaşanadək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar