Maşın bazarları niyə "ölüb"? - Durğunluğun bitəcəyi vaxt AÇIQLANDI
09 dekabr 2025 14:05 (UTC +04:00)

Maşın bazarları niyə "ölüb"? - Durğunluğun bitəcəyi vaxt AÇIQLANDI

0

Maşın bazarlarında əvvəllər daha çox alıcı və satıcı görmək mümkün idisə, indi boşluğu rahatlıqla sezmək olur.

Maraqlıdır, hazırda şəhərin bütün küçələri avtomobillə dolub-daşdığı halda, bazara gedənlərin sayı niyə azdır? Görəsən, maşın bazarındakı alverin “ölməsinin” səbəbləri nədir?

Avtomobil bazarı araşdırmaçısı (avtoekspert) Sərxan Qədirov Lent.az-a açıqlamasında bildirdi ki, maşın bazarında alqı-satqının azalması ikinci əl qiymətinə işlənməmiş avtomobillərin ölkəyə gətirilməsi ilə bağlıdır:

“Əslində son aylarda maşın bazarlarında canlanma var. Bunun səbəbi isə növbəti ildən gömrük rüsumlarının artmasıdır. İnsalar indidən avtomobil almağa tələsirlər ki, gələn il daha baha qiymətə uduzmasınlar. Faktiki olaraq isə qiymət artımını 1 aydır ki, müşahidə edirik.  

Əvvəlki alqı-satqının olmaması fikri isə doğrudur. İndi münasib qiymətə istifadə olunmamış avtomobil almaq mümkün olduğu üçün heç kim həmin pulu ikinci ələ vermək istəmir, həmçinin lizinq, kredit şərtləri də sərfəlidir. Əvvəlki dönəmlərlə müqayisədə bazar bu səbəblərdən zəifdir. Amma ilin sonuna qədər alver olacaq. Gələn ildən isə bazarlarda durğunluq mart ayına qədər müşahidə olunacaq”.

Avtomobil mütəxəssislərinin fikrincə isə, Azərbaycanın avtomobil bazarında son aylarda müşahidə olunan durğunluq həm iqtisadi, həm də davranış amilləri ilə əlaqəlidir:

"Son dövrlərdə idxal prosesindəki bahalaşma, xüsusilə ABŞ və Koreyadan gətirilən avtomobillərin daşınma xərclərinin artması bazara daxil olan maşınların qiymətini yüksəldib. Bu isə alıcı tərəfdə marağı azaldıb.

Digər mühüm amil əhalidə avtomobilə yönəlik büdcənin kiçilməsi və insanların alış qərarını təxirə salmasıdır. Bank kreditlərində şərtlərin sərtləşməsi də ikinci əl bazara zərbə vurur. Xüsusilə köhnə maşınlara verilən kreditlərin məhdudlaşdırılması tələbatı gözəçarpacaq dərəcədə aşağı salıb.

Bazarın durğunlaşmasının psixoloji tərəfi də var. Tələbatın zəiflədiyini görən alıcılar əlavə qiymət enişi gözləyir, satıcılar isə ucuzlaşmağa getmək istəmir. Bu qarşıdurma alqı-satqını faktiki olaraq dayandırır". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar