Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual məhkəmə şahidinin çəkdiyi xərcin ödənilməsi ilə bağlıdır.
Məhkəməyə cinayət prosesinin şahidi kimi dəvət olunan şəxsin həmin yerə gələnə qədər çəkdiyi yolpulu və digər qalmaq xərcləri qarşılanır?
Lent.az xəbər verir ki, Cinayət Prosessual Məcəllənin 95.6.9-cu maddəsinə əsasən, şahid kimi çağırılan şəxs cinayət prosesi zamanı çəkdiyi xərclərin ödənilməsinə görə kompensasiya almaq hüququna malikdir.
Əgər şəxs rayondan Bakıya gəlirsə, "Ezamiyyət xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin qərarına əsasən, Bakı şəhərində ezamiyyət xərclərinin günlük norması 125 manat təşkil edir.