Numeroloqların fikrincə, rəqəmlər müəyyən enerji daşıyır və insan həyatına təsir edə bilər. Mənzil nömrəsi uğur, rifah və güc gətirə bilər, eyni zamanda mənfi təsirlər də yarada bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mənzil nömrəsinin energetikasını öyrənmək üçün rəqəmləri bir-birinə toplamaq lazımdır. Nəticədə 1-dən 9-a qədər bir rəqəm əldə edilir. Məsələn, 68 nömrəli mənzil üçün 6 + 8 = 14, 1 + 4 = 5 – nəticə 5-dir.
Ən uğurlu mənzil nömrələrindən biri 0-dır, çünki bu başlanğıc, harmoniya və idealın simvoludur.
1 uğurlu başlanğıcları simvollaşdırır və bu evlərdə yeni işlərdə uğur qazanmaq mümkündür. 3 bolluq, sevgi və qarşılıqlı hörmət gətirir. 4 nömrəli evlərdə sabitlik və rahatlıq olur. 5 maliyyə uğuru və böyük qazanc enerjisi daşıyır. 7, ümumiyyətlə, ən uğurlu sayılır, çünki bu evlərdə harmoniya, xoşbəxt ailə həyatı və karyerada uğurlar müşahidə olunur.
Çətinlik yarada biləcək nömrələrdən biri 2-dir, çünki şəxsi və iş həyatında balanssızlıq yaşana bilər. 6 nömrəli evlərdə müsbət emosiyalar çatışmaya bilər və komfort hissi zəif ola bilər. 8 nömrəsində maliyyə çətinlikləri yaşanma riski var, xüsusilə düzgün idarə olunmazsa. 9 nömrəsində isə həddindən artıq məsuliyyət və yorğunluq yaşanaraq həyatda məqsədlərə çatmaq çətinləşə bilər.
Bu səbəbdən yeni mənzil seçərkən nömrəsinə diqqət yetirmək, enerji baxımından uyğun olub-olmadığını qiymətləndirmək tövsiyə olunur.