"Məsciddə adını dəyiş, cadudan qorun"  - Bu üsulla şərdən qaça bilərik?
20 noyabr 2025 16:18 (UTC +04:00)

"Məsciddə adını dəyiş, cadudan qorun" - Bu üsulla şərdən qaça bilərik?

0

Sosial şəbəkələrdə məscidlərdə adımızı dəyişə biləcəyimizlə bağlı paylaşımla qarşılaşdıq. Bir az araşdırdıqdan sonra qanuni çərçivədə yox, dini qaydada edilən bu dəyişikliyi çoxları şeytan əməlindən və cadulardan qorunmaq üçün etdiklərini öyrəndik. Adını dəyişdirmək istəyən şəxslərin sözlərinə görə, cadunu insanın adına edirlər, lakin adını dəyişmiş şəxsə həmin əməllər təsir etmirmiş. Yəni bir növ “gizli ad” onları şər əməllərdən qoruyur. Onlar həmçinin qeyd edirlər ki, bu prosesi özlərindən başqa heç kim bilməməlidir. Ad dəyişmə prosesi isə Təzəpir məscidində edilirmiş.

Bu deyilənlərin dini tərəfdən hansısa əsasının olub-olmaması ilə bağlı Lent.az-a Təzəpir məscidindən bildirildi ki, adı dəyişib, nələrdənsə qorunmaq deyilən bir şey yoxdur:  

Dinimizə görə hər bir uşaq dünyaya gəldikdə Həzrət Məhəmməd Peyğəmbərin (s) buyuruğuna əsasən onun sağ qulağına azan sol qulağına isə iqamə oxuyub onun adını qulağına demək müstəhəbdir. Bəziləri isə uşağlıqda valideynlərinin bu qaydaya əməl edib, etmədiyinə əmin olmadığına görə bizə müraciət edib, azan və iqamə oxutdururlar. Bəzən isə onlara qoyulan adları bəyənmədikləri, başqa adı xoşladıqları üçün adlarını dəyişmək istəyirlər. Ölkəmizin qanunlarına əsasən də hər kəs öz adını dəyişə bilər. Dinimizdə də, insanların öz adlarını dəyişməsinə heç bir maneə yoxdur. Ona görə bəziləri adlarını dəyişməkdən ötrü bu işi bilənlərə və ya məscidlərə müracət edirlər.

Lakin adımı dəyişsəm, filan şeylərdən qorunacam, filan şey olacaq deyə, bir şey yoxdur.  Ancaq onu deyə bilərik ki, İslam Peyğəmbəri (s) insanları öz övladlarına gözəl adları qoymaq tövsiyə edib. O buyurub ki, kimin evində “Fatimə” adı varsa, o evə kasıblıq və fəqirlik daxil olmaz.

Bəziləri istəyir ki, başqaları onların dəyişdirdiyi adı bilsin, bəziləri isə əəksinə, gizlədirlər. Bu onların şəxsi seçimləridir. Buna biz də bir söz deyə və ya nə ilə isə əlaqələndirə bilmərik.Yəni insanların öz adlarını başqası tərəfindən bilinməməsi özlərinə aid olan məsələdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar