Metroda doğulan körpənin FOTOSU
08 avqust 2025 12:28 (UTC +04:00)

Metroda doğulan körpənin FOTOSU

Xəbər verdiyimiz kimi bu gün  saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında körpə doğulub.

Lent.az-a TƏBİB-dən bildirilib ki, hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır. 

Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm, kişi cinslidir.  

Məlumat üçün bildirək ki, bu gün səhər saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. 

Dərhal hadisə yerinə briqada cəlb olunub.

Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. 

Daha sonra ana və körpə müvafiq xəstəxanaya hospitalizasiya olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar