Müflis qadın kilsəni satışa çıxarıb – Keşişlər ayağa qalxdı…
19 dekabr 2020 15:00 (UTC +04:00)

Müflis qadın kilsəni satışa çıxarıb – Keşişlər ayağa qalxdı…

0

Rusiyanın Tula vilayətinin Zavalovo kəndindəki Dmitri Solunsko kilsəsi onlayn ticarət platformalarından birində satışa çıxarılıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, 19-cu əsrin ilk yarısında tikilən kilsənin ilkin qiyməti 450 000 rubl göstərilib. 

Elan dərc edildikdən dərhal sonra Rus Pravoslav Kilsəsinin Belevsk yeparxiyası bunun yolverilməz olduğunu bildirərək kəskin etirazını ifadə edib. 

Yeparxiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, keşiş Andrey Buxtoyarov açıqlamasında deyib ki, hazırda Abidələrin Qorunması üzrə Regional Komitə ilə birlikdə bu məsələ ilə məşğul olurlar: 

“Tula vilayətinin Mədəniyyət Nazirliyindən tarixi binanın vəziyyəti və bunun nə dərəcədə qanuni olması barədə cavab gözləyirik”.

Sahəsi 166 kvadratmetr olan məbədlə birlikdə ərazisi də satılır. Keşişlərin etirazında sonra elan saytdan çıxarılıb.

Lakin Tula sakini Natalya Kupryuxina ona məxsus olan tikilini satmaqdan vaz keçməyib. Müflis qadının maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə binanı hərraca çıxardığı bildirilir.

Qeyd edək ki, sözügedən kilsə Tula vilayətinin mədəni irsinə daxil edilmiş tarixi obyekt kimi qiymətləndirilir.

Rəsul

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7402

Oxşar yazılar