Nazirlik əsgərin iddialarına CAVAB VERDİ:  "Yalandır"
30 mart 2022 14:30 (UTC +04:00)

Nazirlik əsgərin iddialarına CAVAB VERDİ: "Yalandır"

0

Müdafiə Nazirliyi müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçunun sosial şəbəkələr vasitəsilə müraciətinə cavab verib. 

Nazirlikdən Lent.az-a daxil olan cavab müraciətində qeyd olunur ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar: "Bildirik ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.

Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir  və belə addımları yolverilməz hesab edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3705

Oxşar yazılar