Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB
03 dekabr 2022 19:18 (UTC +04:00)

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdiriblər.

Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bir daha ifadə olunub. Bu xüsusda, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Dekabrın 3-də 18-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Şuşa şəhərinə qayıdıblar.

Xocalıda, sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

***
Saat: 14:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib.

ETSN-dən Lent.az-a verilən xəbərə görə, 2022-ci il 3 dekabr tarixində saat 11.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.

“Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.

Danışıqların yekunları barədə ictimaiyyətə məlumat veriləcək”, - məlumatda deyilir.

# 7128
avatar

Oxşar yazılar

Apteklərdə tapılmayan DƏRMANLAR  – Səbəblər açıqlanır

Apteklərdə tapılmayan DƏRMANLAR – Səbəblər açıqlanır

2 fevral 2023 , 17:11
Azərbaycanda satılan “kənd toyuqları”   SAXTA ÇIXDI

Azərbaycanda satılan “kənd toyuqları” SAXTA ÇIXDI

2 fevral 2023 , 16:51
Daxili İşlər Nazirliyindən Qərbi azərbaycanlılara MÜRACİƏT

Daxili İşlər Nazirliyindən Qərbi azərbaycanlılara MÜRACİƏT

2 fevral 2023 , 16:33
“Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

“Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

2 fevral 2023 , 14:36
Dayanma-durmanı artıq kameralar çəkir, cərimələr artır? - RƏSMİ

Dayanma-durmanı artıq kameralar çəkir, cərimələr artır? - RƏSMİ

2 fevral 2023 , 14:17
Birinci vitse-prezident Mehriban Əliyeva

Mehriban Əliyevadan Gənclər Günü PAYLAŞIMI

2 fevral 2023 , 13:29
Sabah güclü  qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

2 fevral 2023 , 12:54
"Qanlı göl"ün ətrafı belə olacaq - AÇIQLAMA

"Qanlı göl"ün ətrafı belə olacaq - AÇIQLAMA

2 fevral 2023 , 11:26