Nostradamusun 2021-ci il üçün PROQNOZLARI
18 dekabr 2020 14:49 (UTC +04:00)

Nostradamusun 2021-ci il üçün PROQNOZLARI

0

16-cı əsrin məşhur kimyacısı və astroloqu Nostradamusun 2021-ci il üçün proqnozları yayılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 2020-ci ildə dünya koronavirus pandemiyası ilə qarşılaşıb və bütün bəşəriyyət 2021-ci ilin uğurlu olacağına ümid edir.

Nostradamusun proqnozlarına inansaq, 2021-ci ildə dünyanı eyni dərəcədə dəhşətli hadisələr gözləyir.

Məsələn, Nostradamus gələn il bir alimin insanları zombilərə bənzər canlılara çevirən bir bioloji silah virusu yaradacağını təxmin edir.

O, 2021-ci ildə astroidin Yerə düşəcəyini də proqnozlaşdırıb. Astroloq deyib ki, həmin gün bütün səma parlaq qırmızıya dönəcək.

Bəşəriyyət həm də aclıq və müharibə ilə üzləşə bilər və gələn il maqnit fırtınalarının sayı artacaq.

Eyni zamanda, maqnit fırtınaları o qədər güclü olacaq ki, iqlim dəyişikliyinə səbəb olacaq və bu da öz növbəsində resurslar uğrunda müharibəyə səbəb ola bilər.

Tez-tez baş verən kataklizmlər planetin bir çox sakinlərini dinə dönməyə məcbur edəcək. Kilsə hakimiyyəti ələ keçirəcək və hakim təşkilata çevriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 17080

Oxşar yazılar