“Ona görə saçlarımı sarıya boyamışdım”  - Mahir Emreli intihar edən dayısı oğlundan DANIŞDI
03 noyabr 2025 10:53 (UTC +04:00)

“Ona görə saçlarımı sarıya boyamışdım” - Mahir Emreli intihar edən dayısı oğlundan DANIŞDI

0

“O mənim dayımoğlu yox, qardaşım idi. Biz bir evdə böyümüşük”.

Lent.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan millisinin üzvü Mahir Emreli deyib. 

O, noyabrın 1-də meyiti tapılan dayısıoğlu Sabit Ağayevdən danışıb: “Həmin gecə xəbər tutdum. Mənim üçün dəhşətli xəbərdir. Onunla bir evdə yaşamışıq. Harasa bir yerə gedəndə onu dost-tanışa qardaşım kimi təqdim edirdim. Çünki biz həqiqətən, qardaş olmuşuq. Bu xəbər məni çox sarsıtdı. Həmin gecə belə bir hadisənin olduğunu öyrəndim və sabaha qədər yata bilmədim. Mən “Konyaspor”da çıxış edəndə o yanımda idi və bir evdə qalırdıq.

Bir müddət saçlarımı sarı rəngə boyamağımın səbəbi də Sabit  idi. O, “Qalatasaray” futbolçusu Mauro İkardinin azarkeşi idi. Ona görə də məndən xahiş edirdi ki, saçımı sarı edim. Mən də etdim. Sabit özü də futbolçu olub. “Simurq” komandasında oynayırdı, əvəzedici heyətdə xeyli oyun keçirmişdi. Amma sonradan Zaqatala klubu dağıldığı üçün o da futbolun başını buraxdı. İşi var idi, hər şey qaydasında idi. Niyə intihar elədiyini heç bilmirəm... Çünki çox zarafatcıl, şən adam idi. Bir mesaj yazanda belə o qədər şən yazırdı ki, düşünürdün bundan xoşbəxt adam yoxdur. Nə baş verdi, nə oldu?.. Özü də evli idi, 4-5 aylıq uşağı var idi. Amma hamımızı bədbəxt eləyib getdi. Özümə gələ bilmirəm...”

M.Emreli həmçinin mərhum dayısıoğlu haqqında yayılan şayiələrə də aydınlıq gətirib: “Onun toy maşınını da mən idarə etmişəm. Nə problemi olsa, mənə deyərdi. Bilmirəm ki, niyə belə oldu?.. Hər kəs yazır ki, borcu var idi, bunlar boş söhbətlərdir. Heç kim çıxıb deyə bilməz ki, onun borcu var. Kirayə evə 2-3 həftə olardı ki, çıxmışdı. Amma hər kəs deyir ki, kirayədə yaşayıb, bunlar hamısı şayiədir. Elə bir məsələdir ki, ancaq ailəsi bilər. Biz qarışa bilmərik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6053

Oxşar yazılar