“Polis cavab verir”  — Qarabağa səfərlə bağlı ən çox verilən suala aydınlıq gətirildi - VİDEO
22 oktyabr 2025 09:01 (UTC +04:00)

“Polis cavab verir” — Qarabağa səfərlə bağlı ən çox verilən suala aydınlıq gətirildi - VİDEO

0

Daxili İşlər Nazirliyinin yeni “Polis cavab verir” rubrikası çərçivəsində vətəndaşların ən çox ünvanladığı suallardan biri cavablandırılıb.

Lent.az xəbər verir ki, işğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşların “E-Polis” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçməsi qaydaları barədə məlumat verilib. Bildirilib ki, müraciət prosesi tamamilə pulsuzdur və heç bir əlavə rüsum yaxud ödəniş tələb olunmur.

Qeydiyyat zamanı vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını və səfər məqsədinə dair zəruri məlumatları daxil etməklə elektron şəkildə müraciət edə bilirlər. Məlumatlar yoxlanıldıqdan sonra müraciətlər aidiyyəti üzrə araşdırılır və cavablandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar