Prezidentin köməkçisi:  “Qapanmalar nəticəsində yoluxmaların sayının azalacağına ümid edirik”
08 dekabr 2020 15:31 (UTC +04:00)

Prezidentin köməkçisi: “Qapanmalar nəticəsində yoluxmaların sayının azalacağına ümid edirik”

0

“Həkimlərimiz gərgin şəraitdə fəaliyyət göstərirlər, bu cəbhədə onlara yardım etməliyik”.
 
APA-nın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
           
O bildirib ki, səhiyyə sisteminin yükünün artması ilə bağlı sosial şəbəkələrdə də narazılıqlara rast gəlinir: “Bu, səhiyyə sisteminin yüklənməsi ilə bağlıdır. Peyvənd olana qədər bu sərt dalğalanmalar davam edəcək”.
 
Prezidentin köməkçisi qeyd edib ki, 18 yanvara qədər qapanmalar nəticəsində yoluxmaların sayının azalacağına ümid edirlər: “Hazırda biz də peyvəndlə bağlı prosesləri izləyirik, bütün şirkətlərlə əlaqələrimiz var, danışıqlar aparırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 531

Oxşar yazılar