Qızılcaya daha bir KÜTLƏVİ YOLUXMA:  10 tələbə... - YENİLƏNİB
23 noyabr 2023 14:56 (UTC +04:00)

Qızılcaya daha bir KÜTLƏVİ YOLUXMA: 10 tələbə... - YENİLƏNİB

TƏBİB Cəlilabadda qızılcaya kütləvi yoluxma ilə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a bildirilib ki, 18, 19 və 20 yaşlı rayon sakini olan oğlanlar oktyabrın 23-dən noyabrın 15-dək Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Pasiyentlər ilkin tibbi yardım göstərilərək izoliasiya şəraitində ambulator müalicə üçün evə buraxılıb. Onların vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb. 

Qeyd edək ki, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib. Onların hər biri ambulator şəraitdə müalicə alınması üçün evə buraxılıb. Rayonda epidemioloji vəziyyət stabildir.

***
Saat: 13:10

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının tələbələri qızılca virusuna yoluxub.

Lent.az APA-ya istinadən xəbər verir ki, virus ilk olaraq 2004-cü il təvəllüdlü Rahil Tahir oğlu Şükürovda aşkarlanıb. Bundan sonra bu virusa 2003-cü il təvəllüdlü Şahin Tərlan oğlu Mayılov, daha sonra onun qardaşı, 2005-ci il təvəllüdlü Adəm yoluxub. 

Tələbələr, xəstəliklə bağlı Cəlilabad rayon mərkəzi xəstəxanasına müraciət ediblər. Həkimlər onların səhhətinin yaxşı olduğunu bildirirlər.

Xəstəxanadan verilən məlumata görə, son bir ay ərzində 10 tələbə qızılca virusuna yoluxub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6384
avatar

Fidan İlqar

Oxşar yazılar