Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət daxil olub.
Bu barədə MSK-dan məlumat verilib.
Bildirilib ki, yaxın günlərdə müraciətə baxılacaq.
***
saat 12:07
Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.
Lent.az-ın xəbərinə görə, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.
Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib.
Bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub.
Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub./APA