Rusiyada Moskva Satira Teatrının sabiq rəhbəri Məmməd Ağayev azadlığa buraxılıb.
Lent.az bu barədə Rusiya mediasına istinadla məlumat verir.
Qeyd olunub ki, Ağayev “Sputnik Azərbaycan”ın Bakıda həbs olunan direktoru İqor Kartavıxın sərbəst buraxılması müqabilində azadlığa çıxıb.
Xatırladaq ki, Ağayev avqustun sonunda dələduzluqda ittiham olunaraq saxlanılıb. Prokurorluğun fikrincə, o və onun şərikləri görülmüş işlər barədə saxta hesabatlar vasitəsilə təxminən 20 milyon rubl mənimsəyiblər. İstintaq zamanı Ağayevin və onun qohumlarının hesabları dondurulub, həmçinin “Dələduzluq” maddəsi ilə cinayət işi açılıb. Bu maddə üzrə ona 10 ilədək azadlıqdan məhrumetmə cəzası təhlükəsi var idi.
Məmməd Ağayev 1985–2021-ci illərdə Moskva Akademik Satira Teatrında çalışıb, son 30 il ərzində teatrın direktoru vəzifəsini icra edib.