Ronaldo və Messi ilk maaşları ilə  nə alıblar?
18 may 2023 08:21 (UTC +04:00)

Ronaldo və Messi ilk maaşları ilə nə alıblar?

Kriştiano Ronaldo və Lionel Messi arasındakı rəqabət 15 ildir ki, davam edir və portuqaliyalının Səudiyyə Ərəbistanına köçməsi ilə belə, müqayisələr dayanmır.

Ronaldo futbolçu karyerasına Lissabonun “Sportinq” klubunda başlayıb və əsas komandaya yüksələ bilib. Məhz “Sportinq”in birinci komandasında oynadığı müddətdə - 2004-cü ildə dərhal onunla müqavilə bağlayan “Mançester Yunayted” in diqqətini çəkib.

Messi 2000-ci ildə 14 yaşında "Barselona"dan müqavilə təklifini alıb və bütün qol rekordlarını qıraraq klubun əfsanəsi olub.

Argentinalı ilk böyük qazancını “Barselona”nın ikinci komandasına transfer olunanda alıb. Portuqaliyanın “Antena” nəşri yazır ki, o, evi ilk maaşı ilə alıb.

Ronaldo "Sportinq"də ilk maaşı olaraq 80 avro alıb və yuxarıda qeyd olunan mənbəyə görə, o, pulu məktəb ləvazimatlarını ödəmək üçün istifadə edib.

İki əfsanənin yolu Ronaldo 2009-cu ildə “Real”ın heyətinə qatılanda kəsişib və onlar 2018-ci ildə portuqaliyalı "Yuventus"a keçənə qədər La Liqada güclü yarışıblar.


 

# 2403
avatar

Oxşar yazılar