Sabah  güclü külək   əsəcək - HAVA PROQNOZU
28 mart 2023 13:22 (UTC +04:00)

Sabah güclü külək əsəcək - HAVA PROQNOZU

Martın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam yarımadanın bəzi yerlərində arabir duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 757 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında  

Əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 23-28° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.

# 2091
avatar

Oxşar yazılar