Sabahdan Azərbaycanda hava kəskin dəyişir  - XƏBƏRDARLIQ
14 avqust 2024 13:10 (UTC +04:00)

Sabahdan Azərbaycanda hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında avqustun 15-də günün birinci yarısında, 16-da isə gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

Lent.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında avqustun 15-dən 17-si gündüzədək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Avqustun 15-də axşamdan 16-sı səhərədək əksər rayonlarda yağıntıda fasilə olacaq.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 74949

Oxşar yazılar

Baş prokuror Zaqatalada qəbul keçirəcək

Baş prokuror Zaqatalada qəbul keçirəcək

10 iyul 2025 , 10:59
Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllim  işsiz qaldı

Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllim işsiz qaldı

10 iyul 2025 , 10:51
I və IV qrupların imtahan vaxtı AÇIQLANDI

I və IV qrupların imtahan vaxtı AÇIQLANDI

10 iyul 2025 , 10:27
Bakının iki qəsəbəsinin qazı kəsilir

Bakının iki qəsəbəsinin qazı kəsilir

10 iyul 2025 , 09:57
Bakının bu qəsəbəsi işıqsız qalacaq

Bakının bu qəsəbəsi işıqsız qalacaq

10 iyul 2025 , 09:41
Tezliklə  arzularını reallaşdıracaq   BÜRCLƏR

Tezliklə arzularını reallaşdıracaq BÜRCLƏR

10 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

10 iyul 2025 , 08:20
Leysan yağacaq,  sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

9 iyul 2025 , 19:11