Sahibkarlarla növbəti görüş Salyanda keçiriləcək
12 sentyabr 2022 11:33 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Salyanda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Lent.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Salyan rayonunda təşkil olunacaq. Aksiya Salyan rayonu, Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 14-də saat   11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

# 1422
avatar

Oxşar yazılar