Sakinlər "cip"i zibillikdə  saxlayan sürücünü belə cəzalandırdı
02 dekabr 2025 10:22 (UTC +04:00)

Sakinlər "cip"i zibillikdə saxlayan sürücünü belə cəzalandırdı

0

Bakıda avtomobili zibil yeşiklərinin yanında saxlayan sürücü sivil qaydada cəzalandırılıb.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

"Toyota Land Cruiser" markalı avtomobilin sürücü nəqliyyst vasitəsini zibil qutularının qarşısında saxlayıb. Bununla da o, sakinlərin məişət tullantılarını atmasına mane yaradıb. Sakinlər onları hiddətləndirən sürücünü isə öz bildikləri kimi cəzalandırıblar.

Belə ki, onlar zibil qutularını avtomobilin dörd bir tərəfinə düzərək, nəqliyyat vasitəsinin oradan çıxmasına əngəl yaradıblar. Görüntülər sosial şəbəkədə izləyicilərin marağına səbəb olub. İzləyicilər fotonun altına, "Cərimələyin", "Zibil qutusu yanda maşın da yanacaq" kimi rəylər yazıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar