Şamaxıda 5 ballıq zəlzələ  oldu - YENİLƏNİB
27 fevral 2026 16:26 (UTC +04:00)

Şamaxıda 5 ballıq zəlzələ oldu - YENİLƏNİB

1

Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***
16:15

Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a bildirilib ki, 3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib.

Yeraltı təkanın dərinliyi 10 km-dir.

***

saat 16:00

Azərbaycanda zəlzələ olub.

Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələ Şamaxıda, 12 km dərinlikdə baş verib. Zəlzələnin gücü 4.7 bal olub.

Qeyd edək ki, zəlzələ episentrdə 5 bala, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1120

Oxşar yazılar